Estoniya hökuməti Ukraynaya silah və sursat alınması üçün Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı (PURL) proqramı çərçivəsində 11 milyon avro ayırmaq qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal Kiyevə səfəri zamanı bildirib.
Qeyd olunur ki, bu vəsait Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlər əldə etməyə imkan verəcək.
Daha əvvəl Cənubi Koreyanın PURL təşəbbüsünə qoşulmağı düşündüyü bildirilmişdi.
Rusiya Xarici İşlər Nazirliyi Cənubi Koreyanın Ukraynaya hərbi təchizatda istənilən formada, birbaşa və ya dolayı yolla iştirakının münaqişənin həlli perspektivlərinə mane olacağını bildirib.
Maqsud












