Estoniyada dəhşət dolu qəza: bir ailənin 5 üzvü yanaraq öldü

  • By admin
  • 11 Dekabr 2019 12:06

Estoniyada ölümlə nəticələnən yanğın baş verib.

Gununsesi.org APA-ya istinadən verdiyi xəbərə görə, yanğın Estoniyanın cənubunda, Tartu şəhərinin İhaste rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.

Mənzildə ata, ana və onların 3 övladının meyitləri aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yanğının başvermə səbəblərini araşdırırlar.

Qeyd edək ki, bu il Estoniyada baş vermiş yanğınlarda 69 nəfər ölüb. 

Gununsesi.org