İyunun əvvəlinə olan məlumata görə, Estoniyada sığınacaq almaq üçün 56 nəfər müraciət edib.
Gununsesi.org xəbər verir ki, hazırda Estoniya ərazisində iki sığınacaq fəaliyyət göstərir. Apreldə həmin sığınacaqlarda 42 nəfər yaşayırdı. Sığınacaqların birində əsasən Suriya, Gürcüstan və İrandan, digərində isə Albaniya, Misir, Nigeriya, Rusiya, Türkiyə və Uqandadan gələnlər məskunlaşıblar.
Köçüb gələnlər Estoniyanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəlik proqramı əsasında yerləşdirilir.