Estoniyalı nazir Daryanın qatili ilə bağlı ittihama CAVAB VERDİ

  • By admin
  • 23 Avqust 2022 14:42

Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Rusiya “FSB”nin jurnalist və politoloq  Darya Duqinanın mümkün qatili hesab etdiyi Natalya Vovkun bu ölkəyə qaçması ilə bağlı bəyanatına cavab verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, nazir Reynsalunun FSB-nin Vovkla bağlı bəyanatlarını Moskvanın Estoniyaya qarşı təxribatı adlandırıb. Onun fikrincə, bu yolla Rusiya Estoniyaya Ukraynanı dəstəklədiyinə görə təzyiq göstərməyə çalışır.

“Bizim buna əlavə edəcəyimiz başqa heç nə yoxdur”,- deyə nazir vurğulayıb.

Bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın rəsmi Tallindən Natalya Vovk ilə bağlı rəsmi məlumat istəməsi faktını təkzib etmişdi.

Rusiya tərəfi D.Duqinanın öldürülməsindən sonra Vovkun Estoniyaya qaçdığını idda edib.

FSB-nin məlumatına görə, Duqinanın qətlinin icraçısı cinayətdən sonra Estoniyaya qaçan Ukrayna vətəndaşı Natalya Vovkdur.

“Vovk qızı Sofiya Şabanla iyulun 23-də Moskvaya gəlib və Duqinanın yaşadığı evdə mənzil kirayələyib, sonra jurnalisti izləyib”.

FSB Vovkun Ukraynadakı məşhur “Azov alayı”nın döyüşçüsü olduğunu da iddia edib.

Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabarov xəbərdarlıq edib ki, Estoniya Natalya Vovku Rusiyaya ekstradisiya etməsə, rəsmi Tallini sərt tədbirlər gözləyə bilər.

Darya Duqina avqustun 20-də axşam saatlarında Bolşye Vyazemi kəndi yaxınlığında Mojayskoye şossesində avtomobilin partlaması nəticəsində ölüb. O, festivaldan atasının sürməli olduğu avtomobillə qayıdırmış.

Darya Duqina 1992-ci ildə anadan olub. Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. Onun atası məşhur politoloq və ictimai xadim Aleksandr Duqin Beynəlxalq Avrasiya Hərəkatına rəhbərlik edir. O, prezident Vladimir Putinə yaxın simalardan hesab olunur.

Gununsesi.info