Estoniyanın müdafiə nazirindən Rusiya-Ukrayna müharibəsi PROQNOZU

  • By admin
  • 31 Yanvar 2024 17:03

Əgər yardım gəlməzsə, Ukrayna artıq may-iyun aylarında hazırkı cəbhə xəttini tutmamaq riskini daşıyır.

Gununsesi.info xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur Avropa İttifaqı (Aİ) liderlərinin Kiyevə 50 milyard avro ayrılması məsələsinə dair görüşü ərəfəsində bildirib.

Nazir əmindir ki, Qərbdən maliyyə yardımı olmasa, Kiyev yazın sonunda cəbhədəki mövqelərini itirmək riski ilə üzləşir.

“Əgər o vaxta qədər həll yolu tapmasaq, Ukraynanın öz mövqeyini saxlamaq çox çətin olacaq. Çünki bildiyimiz kimi, Rusiya itkiləri ilə maraqlanmır. Biz bunu dəfələrlə görmüşük”, – nazir qeyd edib.

Sosial şəbəkədəki paylaşımında Pevkur qeyd edib ki, Ramstein qrupu Ukraynaya kömək üçün növbəti addımları müzakirə etmək üçün sabah bir araya gələcək.

“Söhbət iradə, kömək etmək və qorumaq istəyindən gedir” deyə nazir yazıb və “qorumaq iradəsi” mənasını verən #kaitsetahe etiketini əlavə edib.

Müdafiə Nazirliyinin rəhbəri nəşrə özünün solda “kaitsetahe”, sağda isə Ukrayna prezidenti Vladimir Zelenskinin yazısı olan köynəklər geyindiyi şəkli əlavə edib.

Yanvarın əvvəlində Estoniyanın baş naziri Kaja Kallas Ukrayna prezidenti Vladimir Zelenskiyə “Kaitsetahe” yazısı olan köynək hədiyyə edib.

Fevralın 1-də Aİ ölkələrinin liderləri Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımının ayrılması məsələsini yenidən müzakirə edəcəklər. Əvvəllər bu qərar Macarıstan tərəfindən bloklanmışdı.

Gununsesi.info