
Etibar Babayevin Qobustana yeni polis rəisi təyin edilməsi rəsmən təsdiqləndi. Bu barədə Gununsəsi.info-ya Qobustan Rayon Polis Şöbəsindən məlumat verilib. Polis idarəsinin növbətçisi Yaqubov adlı əməkdaşı məlumat verir ki, yeni rəisi şəxsi heyətlə DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Cavanşir Məmmədov təqdim edir. Hazırda təqdimat prosesi davam edir.
Xatırladaq ki, Daxili işlər naziri general-polkovnik Ramil Usubov polis polkovnik-letenantı Etibar Babayevin Qobustan rayon Polis İdarəsinə rəis təyn edilməsiylə bağlı əmr imzalayıb.
Gülnaz Qənbərli