Etibar Əliyev: “Qarabağ”ın dirçəlməsi hamımızın istəyidir”

  • Müəllif: Orxan
  • 01 Sentyabr 2026 08:05

Sabiq deputat Etibar Əliyev “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransındakı çıxışına münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Etibar Əliyev sosial media hesabında Qurban Qurbanovun tənqidlərə səbirli və tolerant yanaşmasını yüksək qiymətləndirib.

“‘Qarabağ’ futbol klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransını izlədim. Tənqidlərə səbirli və tolerant yanaşdığına görə ona təşəkkür edirəm. Qarabağ futbol klubunun dirçəlməsi hamımızın istəyidir. Qarabağ Azərbaycandır!’” – deyə sabiq deputat qeyd edib.

Qeyd edək ki, Etibar Əliyev bir neçə gün əvvəl Qurban Qurbanovu tənqiq etmişdi. Sözügedən tənqid birmənalı qarşılanmamışdı.

“Qurban Qurbanovun (“Qarabağ” futbol klubunun baş məşqçisini nəzərdə tutur – red) başını buraxın, ondan məşqçi olmaz”.

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Əliyev bildirib.

O, qeyd etmişdi ki, Qurbanov böyük əmlaklar sahibi, gözə soxulan maşın nömrələri almaq və böyük məbləğdə əməkhaqqı almaqla özünü tam şəkildə rahat hiss edir: “Yaxşı aktyor ola bilərdi, heyif ki, sənətini səhv salıb”,- deyə həmçinin demişdi.

Elmar

Gununsesi.info