

“Etibar Hüseynov, sənin buqələmun sifətini xalq yaxşı tanıyır. Vəhdət Partiyasının 8 üzvü yox, 10 minə yaxın üzvü var”.
Gununsesi.info-nun məlumatına görə, bu fikri Vəhdət Partiyası mətbuat xidmətinin rəhbəri Coşqun Kürçaylı sabiq deputat Etibar Hüseynovun Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli haqqında səsləndirdiyi ifadələrə cavab verərəkən deyib.
C.Kürçaylının sözlərinə görə, Vəhdət Partiyasının təkcə 52 rayondakı seçki dairələrində və komissiyalarında yüzlərlə komissiya üzvü var. “Vəhdət Partiyası yarananda Bakı Kəndlər Birliyi əsasında yaranıb ki, onun da minlərlə üzvü var idi. Yarandığı gündən indiyə kimi heç vaxt ştatlı qərərgah işçilərinin sayı 20-dən aşağı olmayıb, istənilən vaxt gəl, gözlərin kor deyilsə, görəcəksən. Əslində, sənə cavab verməyə layiq deyilsən. Ancq böhtanını oxuyan oxuculara hörmətə görə bu cavabı yazıram”- deyə, C. Kürçaylı bildirib.
Partiya funksioneri keçmiş deputatın yadına salıb ki, nə tez aldığın əməkhaqqını unutdun: “Məgər, sən deputat olanda 2200 manat alırdın? Bilmirsən ki, millət vəkilinin maaşı 1850 manatdır?!”.
Sonda partiya funksioneri əlavə edib ki, E. Hüseynov deputat seçiləndə xalq, seçicilər onları “təmsil etdiyinə” görə, daha çox utanırdı və deputat olduğu müddətdə də göstərdiyi “fəaliyyəti”, danışıqları bu gün də unutmayıb:
“Deputat olduğun zaman qaçqınları təqhir etməyini xalq yaddan çıxarmayıb. “Bakını ac-yalavac, mədəniyyətsiz, psixoz qaçqınlar korlayır” ifadən hələ də çox-çox insanın qulağında indi də cingildəyir. Digər bir məqamı da xatırladım ki, sənin necə deputat olduğunda hamıya bəllidir. Odur ki, işlətdiyin ifadələrdə diqqətli ol və bil nə danışırsan. Əks təqdirdə, öz əməllərin Domokl qılıncı kimi öz başının üstündə dayanıb”.
Mürtəza
Gununsesi.info