Etibar Məmmədovun açıqlaması bumeranq kimi özünə qayıtdı

  • By admin
  • 29 Dekabr 2016 15:20
etibar
AMİP lideri Etibar Məmmədovun Gununsesi.info-ya açıqlamasında Azərbaycan hökumətini fəaliyyətsizlikdə ittiham etməsi rezonansa  səbəb olmaqla yanaşı, onun səsləndirdiyi  fikirlər də bir bumeranq kimi özünə qayıdıb.
Belə ki, AMİP lideri Etibar Məmmədovun  Gununsesi.infoya açıqlamasında Azərbaycan hökumətini yatmış bir hökumət adlandırması və bu komandanın yeni işlək bir komanada ilə əvəzləməsi haqqında səsləndiryi fikilər  belə demək mümkünsə, sosial şəbəkə fəalları  tərəfindən qıcığa səbəb olub. Artıq onun bu açıqlaması ilə bağlı müxtəlif statusar və rəylər bildirlməkdədir. Onun bu fikirləri bir çox insanlar tərəfindən yenidən baş nazir iddiasında olması kimi, digər qisim insanlar  isə onun özünün də hökumətlə birlikdə  yatması kimi dəyərləndirib.
Sosial şəbəkə fəalları onun belə bir açıqlama verməsinin arxasında hansısa məqsəd dayandığı düşüncəsindədir. Ona görə də uzun müddət “qeybə” çəkilən keçmiş müxalif liderin birdən-birə ortaya çıxaraq hökuməti kəskin tənqid etməsi birmənalı qarşılanmayıb.
Bəziləri hesab edir ki, Etibar Məmədovun bu açıqlaması hakimiyytədaxili qüvvələrin nüfuz uğrunda mübarizənin tərkib hissəsidir.
E. Məmmədovun baş nazir postu uğrunda apardığı mübarizəyə gəldikdə isə ekspert Azər Rəşidoğlu Gununsesi.info-ya açıqlamasında bildirib ki, onun baş nazir postunu tutmaq iddiası istisna olmasa da, o iddia bu gün bu real görünmür. “Onun baş nazir olması belə,  heç nəyi dəyişməyəcək. Sistem böhranının aradan qaldırılması üçün şəxsləri deyil, idarəçiliyə baxışı aradan qaldırmaq lazımdır.Nazirlər Kabinetinin yaranmış vəziyyətdən çıxış yolu ilə bağlı proqramının olub-olmadığı da sual altındadır. Bu baxımdan, daha çevik komandanın yaranması zərurəti yaranıb. Düşünürəm ki, yaranmış vəziyyətdə iqtisadçılar, ekspertlər, mütəxəsislər hökumətə cəlb edilməlidir. Azərbaycan parlament usul-idarəsinin mövcud olduğu ölkə deyil və odur ki, kimin baş nazir olacağı da, o qədər önəmli deyil. Bu baxımdan, vaxtilə siyasətdə olan və indi tikinti-inşaat biznesi ilə məşğul olan bir şəxsin baş nazirliyi iqtisadi böhrandan çıxış yolu deyil”- deyə, ekspert vurğulayıb.
O, əlavə edib ki, digər tərəfdən, siyasi iddiası olduqca böyük olan, eyni zamanda, təşkilatçılıq qabiliyyəti olan bir şəxsin baş nazir təyin olunması hakimiyyət böhranına səbəb olar: “Odur ki, bu versiyanın reallaşa biləcəyinə inam azdır. Ola bilər ki, kimlərsə, özü üçün belə bir variantı məqbul hesab etsin və düşünsün ki, böyük siyasətə qayıdış üçün belə şaiyələrdən bəhrələnib, dağılmış elektoratını bərpa edə bilər, lakin reallıq bunun əksini deyir”.
Ekspert onu da bildirib ki,  bu gün E.Məmmədovun cəmiyyətdə əvvəkli nufuzu qalmayıb. “Artıq 61 yaşı var və gənc deyil. Siyasi proseslərə təsir imkanı yoxdur. Arxasında güclü təşkilat və yaxud klan dayanmayıb. Son 15-20 ildə fəallıq göstərənlər artıq Etibar Məmmədovu xatırlamır. Düzdür, Etibar Məmmədov güclü təşkilatçıdır, qısa zamanda özünə komanda formalaşdıra bilər. Lakin bu halda da o, yalnız müxalifətin liderlərindən biri statusuna iddia edə bilər. Elə bu səbəbdən də Etibar Məmmədovun saytınıza açıqlaması digər müxalifətçilərin bu dərəcədə qıcığına və qəzəbinə səbəb olub. Əgər, o, baş nazirlik iddiasında olsa, onu ilk növbədə elə müxalifət özü linç edəcək”- deyə, ekspert bildirib.
A.Rəşidoğlu sonda bildirib ki, bütün bunlara baxmayaraq, E. Məmmədov sıradan biri deyil: “Lakin təkəbbürlü, kinli, qisasçı olması rəqiblərinin sayını artırır.Etibar Məmmədov dost qazana bilmir, düşmən isə asanlıqla qazanır. Mətbuatsız, tərəfdarsız, klansız, təşkilatsız Etibar Məmmədov kimin üçün isə ciddi rəqib deyil”.
Mürtəza
Gununsesi.info