Etibar Məmmədov Kəmaləddin Heydərovla şərikli biznesi iddialarından danışdı - YÜKSƏK VƏZİFƏLİLƏRLƏ MÜNASİBƏTİM VAR

  • By admin
  • 24 Fevral 2019 17:02

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov Demokrat.az saytına açıqlamasında FHN rəhbəri Kəmaləddin Heydərovla şərikli biznesinin olmasına dair iddialara cavab verib.

Gununsesi.org-un xəbərinə görə, AMİP lideri bildirib ki, bu barədə danışılanlar yalandır: “Xeyr, bu yalandır. Mənim Kəmaləddin Heydərovla əlaqələrimin və ortaq biznesimin olması barədə xəbərlər cəfəngiyyatdır. Ancaq bu gün iqtidarda təmsil olunan yüksək vəzifəli adamlarla münasibətlərim var. Hesab edirəm ki, bu qəbahət deyil. Mənim hərəkat yoldaşlarımdan bu gün vəzifələrdə olanları da, hərəkatda olmayıb hakimiyyətdə olanları da var. Bu cür münasibətlərin olmasını qınamaq doğru deyil”.

Bununla belə Etibar Məmmədov deyib ki, ölkə daxilində heç kəs bir-birinə düşmən kimi baxmamalıdır: ” Bizim düşmənimiz məlumdur. Düşmənə qarşı da düşmən mövqeyində olmalıyıq. Aydın məsələdir ki, mənim və hakimiyyətdə təmsil olunan adamların fikirləri fərqli ola bilər. Bu da təbiidir. Mən hakimiyyətin bir çox mövqeyləri ilə razı deyiləm. Mənim kimi narazı olan başqa adamlar da var. Onlar fikirlərini azad şəkildə bildirməlidirlər. Mənim istəyim də odur ki, fərqli fikir bildirən adamları təqib etmək, cəzalandırmaq olmaz. Əgər indi hakimiyyətdə olanlardan kim bunu edirsə, bu dövlətə ziyan vuran addımdır.

Ancaq bir daha deyirəm ki, bu gün hakimiyyətdə təmsil olunan adamlarla 30-40 illik münasibətlərim var. Əgər mən kiminləsə 30-40 ildir tanışamsa, o zaman bu gün ona üz çevirib getməli deyiləm”.in, yaşlı insanın hələ də həbsdə qalması Azərbaycana hörmət gətirmir”.

Gununsesi.org