Etibar Mirzəyev yanğın baş verən əraziyə getdi

Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, “Baksol” yolunda yerləşən taxta bazarında yanğın başlayıb.

Gununsesi.org xəbər verir ki, artıq hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də gəlib. O, yanğınsöndürmə işləri ilə tanış olub, müvafiq tapşırıqlarını verib.

Xatırladaq ki, yanğın baş verən ərazidə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası işləyir.

Gununsesi.org