Etibar Pirverdiyevin ən yaxın adamı təqaüdə göndərildi – FOTO

  • By arzu
  • 11 İyun 2020 17:57

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev uzun illər qurumun baş mühəndisi işləmiş Həsən Həsənovu yaş həddi ilə əlaqədar təqaüdə göndərib.

Gununsesi.orgun məlumatına görə, Baba Rzayev bu ilin yanvar ayında Həsən Həsənovu öz ərizəsi ilə vəzifəsindən azad edərək, baş mühəndisin müavini təyin etmişdi.

O, bir müddət bu vəzifədə çalışdıqdan sonra öz istəyi ilə təqaüdə göndərilib.

Bu barədə “MediaPost”a Həsən Həsənovun özü təsdiqləyib.

Qeyd edək ki, “Əməkdar mühəndis” adına layiq görülən Həsənov Həsən Bəşir oğlu uzun illər “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin dövründə bu qurumun baş mühəndisi vəzifəsində çalışıb.

 

Gununsesi.org