“Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin bütün komitələrində müzakirə edilməlidir.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) vitse-spikeri, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bu gün parlamentdə “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun szölərinə görə, müzakirələr zamanı təkliflər olub ki, qanun layihəsi parlament çoxluğu və azlığı ilə də müzakirə edilsin.
“Amma mən deputatların hamısının iştirakını təmin etmək üçün bütün parlament komitələrində qanun layihəsinin müzakirə edilməsini təklif edirəm. Qanun layihəsi komitələrdə mütləq müzakirə olunmalıdır və onların sənədlə bağlı təkliflərini öyrənməliyik. Odur ki, bu müzakirə təmin olunmalıdır”- deyə, B. Muradova deyib.
Mürtəza
Gununsesi.info