Etirazçı güləşçilərin gecikmiş maaşları ÖDƏNİLDİ

  • By admin
  • 10 Avqust 2017 13:32
1501249350_vvvnnnn
Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinin maaşları ödənilib.
Gununsesi.info xəbər verir ki, bunu report-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat veriblər.
Bildirib ki, güləşçilərlə yanaşı milli komandalarda fəaliyyət göstərən digər şəxslərin də pulları verilib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan güləşçiləri 14 ay əmək haqqlarının verilməməsi ilə əlaqədar etiraz aksiyası keçirmişdilər.
Gununsesi.info