Etirazçılar Rusiyanın Ermənistandakı səfirliyinə giriş-çıxışı bağlayıblar

  • By ilhame
  • 19 Sentyabr 2023 21:17

Etirazçılar Rusiyanın Ermənistandakı səfirliyinə giriş-çıxışı bağlayıblar və əməkdaşlar binanı tərk edə bilmirlər.

Gununsesi.info  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Səfirliyin binasında giriş-çıxış bağlanıb. Əsas girişdə çoxlu nümayişçi var. Arxa giriş də bağlanıb. Uşaqlar və qadınların səfirliyə gətirildiyi iddiası doğru deyil, onlar üçün heç bir təhlükə yoxdur”, – diplomatik missiyadakı mənbə bildirib.

 

Gununsesi.info