Etirazçılar Xameneinin oğluna səsləndilər: “Müctəba, öləsən, rəhbərliyi görməyəsən!” -VİDEO

Ötən gecə Tehranın mərkəzi küçələrindən birində Xameneiyə etiraz edən insanlar oğlu Müctəbanın atasının yerinə İranın növbəti dini rəhbəri postuna gətiriləcəyinə qarşı narazılıqlarını bildirib, bununla bağlı şüarlar səsləndiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Qeyd edək ki, İranda artıq xeyli müddətdir ki, ayətullah Xameneinin oğlu Müctəba Xameneini öz yerinə hazırladığına dair söz-söhbətlər dolaşır.

İranda ali rəhbər olmaq üçün mərcəyi-təqlid (Böyük müctəhid) olmaq lazımdır. Bu dini rütbələrə nail olmaq üçün risalələr yazmaq lazımdır. Müctəba Xamenei müctəhidlikdən tez bir vaxtda höccətül-islam pilləsinə qaldırılıb. Höccətül-islam vəl-müslimin şiə iyerarxiyasında üçüncü məqamdır.

Gununsesi.info