Etirazlar nəticəsində Tehranın ən böyük prospektində hərəkət dayanıb - VİDEO

Ötən gecə Tehranın Azadi prospekti etirazçılarla dolu olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.

Qeyd olunur ki, ötən gecə saat 2-də Tehranın Azadi meydanının yerləşdiyi eyniadlı prospekt tamamilə bağlanıb.

Paytaxtda inqilab vəziyyətinin yarandığı və insanların evlərinə getmədikləri bildirilir.

Qeyd edək ki, İranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəboyu başlayan etiraz aksiyaları artıq üç həftəyə yaxındır ki, davam edir.

Gununsesi.info