İranda Məhsa Əmininin ölümü ilə başlayan etirazlara daha bir dəstək iranlı aktrisa Elnaz Noruzidən gəlib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, aktrisa hamıdan fərqli olaraq saçlarını kəsməyib, başqa bir üsul seçib. Sosial şəbəkədə paylaşdığı videoda Noruzi əvvəlcə hicabını çıxarıb, sonra isə yalnız alt paltarı ilə qalıb. Noruzi İnstaqram hesabında qeyd edib ki, hər bir qadın dünyanın harasında olursa-olsun, istədiyini geyinmək hüququna malik olmalıdır.
“Heç bir kişinin və ya başqa bir qadının onu mühakimə etməyə və ya ondan fərqli geyinməsini istəməyə haqqı yoxdur. Hər kəsin fərqli geyimi var və onlara hörmət edilməlidir. Demokratiya qərar vermə gücü deməkdir. Hər bir qadının öz bədəni üzərində qərar vermək səlahiyyəti olmalıdır!”, – aktrisa paylaşımında bildirib.
Gununsesi.info