ETSN-də uşaqlarla görüş keçirildi -Fotolar

  • By ilhame
  • 26 Yanvar 2024 19:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə bu gün uşaqdan böyüyə hər kəsin tanıdığı və sevdiyi Əməkdar artist Bəhram Bağırzadə ETSN-də 40-a yaxın uşaqla görüşüb, onlara Azərbaycanın zəngin biomüxtəlifliyi barədə maraqlı məlumatlar verib.

 

Gununsesi.info xəbər verir ki, Azərbaycanın fauna və florasını özündə əks etdirən, zəngin məlumatlı “Azərbaycan faunası” və “Azərbaycan florası” adlı kitablarını imzalayaraq uşaqlara hədiyyə edib.

 

Görüşdə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən ölkə ərazisində yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumatlar verilib, milli parklardan maraqlı görüntülər paylaşılıb.

Dünya Ekoloji Təhsil günü ilə əlaqədar keçirilən bu görüş uşaqlarda ekoloji şüurun formalaşmasına, “Yaşıl gələcək naminə həmrəylik ili”ndə və ölkəmizdə ilk dəfə keçiriləcək dünyada ən mötəbər tədbir olan COP29 çərçivəsində uşaqların maariflənməsinə bir töhfədir.

Gununsesi.info