ETSN kollektivi Şəhidlər xiyabanını ziyarət edib - Fotolar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

 

Gununsesi.info xəbər verir ki, Vətənin azadlığı, ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə qərənfillər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad olunub.

 

Sonra ETSN əməkdaşları Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş igidlərimizi yad etmək üçün İkinci Şəhidlər xiyabanında da olub, şəhidlərin əziz xatirəsini anaraq məzarlarına gül düzüblər.