XƏBƏR LENTİ

15 Dekabr 2017

21 Noyabr 2017 - 19:31

“Eurovision – 2018”də daha bir ölkənin iştirakı təsdiqləndi


“Eurovision – 2018” beynəlxalq mahnı müsabiqəsinə qatılan ölkələrin sayında dəyişiklik edilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya Makedoniya da əlavə olunub.

Bununla da bu il musiqi yarışmasında iştirak edən ölkələrin sayı 43-ə çatıb: Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Rusiya, Rumıniya, San-Marino, Sloveniya, Serbiya, Ukrayna, Finlandiya, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya.

Həmçinin böyük beşlik ölkələri – İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya və Fransa 2017-ci ildə “Eurovision”un qalibi olmuş Portuqaliya ilə birgə birbaşa final mərhələsində iştirak edəcək.

Qeyd edək ki, Makedoniya Avropa Yayım Birliyinə olan borcuna görə builki müsabiqəyə qatılmaq şansından məhrum edilmişdi.

Xatırladaq ki, Azərbaycanı müsabiqədə müğənni Aysel Məmmədova təmsil edəcək.

Gununsesi.info