“Eurovision-2021″in qalibi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR YAYILDI - VİDEO

  • By admin
  • 23 May 2021 20:01

Avropa Yayım Birliyi “Eurovision-2021” mahnı müsabiqəsinin qalibinin canlı yayımda narkotik istifadə etməsi ilə bağlı yayılan ittihamlara münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunub ki, “Måneskin” rok-qrupunun solisti, müğənni David Damiano İtaliyaya döndükdən sonra könüllü olaraq narkotik testindən keçəcək, testin nəticəsi isə Avropa Yayım Birliyinin rəsmi açıqlamasında veriləcək.

“İtaliya nümayədə heyəti bizə bildirib ki, “Yaşıl Otaq”dakı masanın üzərində narkotik olmayıb, şüşələr qırılıb. AYB otaqdakı yoxlamadan sonra qırılan şüşənin tapıldığını təsdiqləyə bilər. Hələ də görüntüləri diqqətlə araşdırırıq və vaxtında əlavə məlumat verəcəyik”-, Birliyin bəyanatına deyilir. / “Report”