Eurovision mahnı yarışması Ukraynanın əlindən alınır?

  • By admin
  • 08 Sentyabr 2016 14:50

eurovision

Bu il Ukraynada keçirilməsi planlaşdırılan “Eurovision-2017” yarışması sözü gedən ölkənin əlindən alına bilər.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, buna səbəb hazırlıqlarda yaranan problemdir. Məlumata görə müsabiqənin hələ də Ukraynanın hansı şəhərində keçiriləcəyi bəlli olmayıb. Ölkənin yarışmaya hazırlaşa bilməməsi səbəbindən təşkilatçılar “Eurovision-2017”-ni Rusiyanın ərazisində keçirmək niyyətindədir. Eurovision-2016-da 2-ci yeri Avstraliya tutmuşdu. Qaydalara əsasən əgər 1-ci yer tutan ölkədə keçirilməsi mümkün olmazsa 2-ci yer tutan Avropa ölkəsi ev sahibliyini ələ alır.  Lakin Avstraliya Avropaya aid olmadığına görə yarışma 3-cü yerin qalibi Rusiyaya veriləcək.

Gununsesi.info