“Eurovision”da Fələstin bayrağı açan ölkə cəzalandırıldı

  • By admin
  • 22 Sentyabr 2019 22:25

İrailin paytaxtı Tel-Əvivdə keçirilən 64-cü “Eurovision” mahnı müsabiqəsində Fələstin bayrağı açan “Hatari” qrupuna görə İslandiya Avropa Yayım İttifaqı tərəfindən cəzalandırılıb.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, İslandiyanın dövlət televiziyası RUV 5 min avro cərimələnib. Bununla belə İslandiya 2020-ci ildə Hollandiyanın Rotterdam şəhərində keçriləcək “Eurovision”a qatılacaq.

Xatırladaq ki, 232 xalla yarıçmanı 10-cu pillədə yekunlaşdıran “Hatari” üzvləri Fələstin bayraqları açaraq zəfər işarəsi göstərmişdilər. Onların bu hərəkəti sosial şəbəkədə böyük səs-küy yaratmışdı.

 

 

Gununsesi.org