“Eurovision”da növbəti Fələstin mesajı - BU DƏFƏ MADONNADAN + VİDEO

  • By admin
  • 19 May 2019 10:35

İsraildə baş tutan 64-cü “Eurovision” yarışmasının finalına pop-ulduz Madonnanın “Fələstin” mesajı damğa vurub.

Gununsesi.org  xəbər verir ki, Madonna bir çox ölkələrdən gələn etirazlara baxmayaraq, səhnə aldığı Təl-Əvivdəki yarışmanın finalında səsvermədən əvvəl 2 mahnı səsləndirib. Amerikalının müğənninin ifa etdiyi “Future” mahnısı zamanı səhnəyə çıxan iki rəqqas diqqət çəkib.

Rəqqaslardan birinin üzərində Fələstin, digərində isə İsrail bayrağı olması yarışmanı kölgədə buraxıb.

Müsabiqənin təşkilatçıları bildiriblər ki, Madonnanın çıxışı zamanı bayraqların nümayişi Avropa Yayım Şurası və İsrail Milli Teleradio şirkəti ilə razılaşdırılmayıb.