Sinqapurda baş verən hadisə beynəlxalq ictimaiyyətin gündəminə düşüb.
Gununsesi.info-nun məlumatına görə, “Asia One” adlı media orqanının verdiyi xəbərdə, bir kuryer daşıdığı yemək torbaya töküldüyü üçün işəgötürən tərəfindən cəzalandırılmamaq üçün iyrənc addım atıb.
Çatdırılmanı edəcəyi evin qarşısına gələn kuryerin plastik torbaya tökülən yeməyi yenidən qaba yığmağa çalışdığı bu anlar binanın təhlükəsizlik kamerasına düşüb. Yeməyin şorba olduğu bildirilərkən, zərərçəkən müştəri də danışıb.
Vendi adlı müştəri hadisəni binanın təhlükəsizlik kamerasında görüb. “Binanın pilləkənlərində şorba damcıları gördüm və dərhal təhlükəsizlik kamerasına baxdım. Kadrlarda kuryerin plastik torbadakı şorbanı yenidən qaba tökdüyünü gördüm. Bu, tamamilə qeyri-gigiyenik və iyrəncdir”, – deyə o bildirib.
Gununsesi.info