Bir müddətdir ki, Türkiyədə müalicə alan jurnalist Əvəz Zeynallının yeni kitabı işıq üzü görüb.
Bu barədə Gununsesi.info-ya Əvəz Zeynallı özü məlumat verib.
O bildirib ki, yeni kitabı olan “Selcanın məmləkəti” – həbsxana gündəliklərinin 5-ci cildi çapdan çıxdı.
Kitabın imza və təqdimatı üç gün davam edəcək.
Bu barədə Əvəz Zeynallı deyib:
“Kitabın təqdimatını Elmlər Akademiyası metrosunun çıxışında, Elmlər Akademiyasının bağında edəcəm. Aprel ayının 17-18-19-da günorta saat 15.00-dan axşama qədər “Selcanın məmləkəti”-nin 5-ci cildi, eyni zamanda əvvəlki 4 cildi də masamızın üzərində olacaq”.
Əvəz Zeynallı onu da qeyd edib ki, özü ilə bərabər qızı Selcan da orada olacaq və kitabı həm də Selcan imzalayacaq…
Orxan












