Ev alan jurnalistlər: "TƏŞƏKKÜRLƏR, CƏNAB PREZİDENT!" - FOTOLAR

  • By admin
  • 19 İyul 2017 22:40

c39411d3500496c542df545bcbccbf7e
Xəbər verdiyimiz kimi, 22 iyun Milli Mətbuat Günü münasibətilə bu gün prezident İlham Əliyevin tapşırığı ilə jurnalistlər üçün tikilmiş binadakı mənzillərin sahibləri açıqlandı. Lent.az-ın məlumatına görə, ölkə başçısının tapşırığı ilə jurnalistlər üçün tikilən ikinci binada 255 mətbuat işçisi mənzil sahibi olacaq. Artıq sabah jurnalistlərə yeni mənzillərinin açarları təqdim ediləcək.

Bu gün prezidentdən ev hədiyyəsi almaq sevinci yaşayan bir çox həmkarımız sevinclərini sosial şəbəkələrdə bölüşüblər. Onlardan bir neçəsinin yazdıqları qeydləri təqdim edirik.

APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev: “Adamın uzun illər çəkdiyi zəhmətini qiymətləndirəndə, əziyyətinin hədər getmədiyini, ömrünü havayı yaşamadığını anlayır. Əməyimizi qiymətləndirən dövlətimizə, dövlət başçısına təşəkkür edirəm!. Mənnsiz almağıma görə sevinən, məni təbrik edən bütün dostlarıma təşəkkürlər! Ev almış bütü həmkarlarımı ürəkdən təbrik edirəm! Qalanlara da qismət olsun!”

Lent.az İnformasiya Agentliyinin redaktoru Kəmalə Quliyeva: “22 illik əməyimin bəhrəsini gördüyüm, evsizliyimin sona çatdığı gündü. Kaş bütün göz yaşları ancaq sevincdən axsın. Mənə və ailəmə dəstək olan hər kəsə – bu imkanı yaratdığına görə ölkə prezidenti İlham Əliyevə, mənə ailə olan “APA Holdinq” rəhbərliyinə, ən çətin və yaxşı günlərimdə yanımda olan dostlarıma, həmkarlarıma bir təşəkkür borcum var. Var olun! Bütün qapılar həmişə xeyirliyə açılsın! Amin!”

“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi: “Bu gün mənə də mənzil hədiyyə etdiyi üçün özümün və ailəmin adından prezident İlham Əliyevə təşəkkür edirəm!”.

Tanınmış jurnalist Azər Hüseynbala: “Evsizliyin, kirayənişin yaşamağın həm maddi, həm də mənəvi əzabını bəlkə də mənim ailəmdən çox çəkən olmazdı. Bugünkü xəbərlə, deyəsən, bu əzabdan qurtulacağıq. Gözləyirdimmi? Etiraf edirəm ki, hə. Çünki ümidliydim. İlk növbədə president İlham Əliyevə təşəkkür edirəm. Təbii ki, təşəkkür edəcəyim, lakin adlarını çəkmək istəmədiyim bir neçə nəfər də var. Onların da hər birinə ayrı-ayrılıqda təşəkkürlər. Bütün evsizlərə ev qismət eləsin!”.

Apasport.az saytının baş direktoru İxtiyar Əsgərov: “Sabah mənzillərinə qovuşacaq 255 jurnalist arasında mənim də adım var. Bu münasibətlə məni təbrik edən-etməyən hər kəsə minnətdaram. 44 yaşımda öz evim olacağına görə isə Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm!”.

Jurnalist Jalə Mütəllimova: “Çox sağ olun cənab prezident!..”
Bu mənim tək dilimə gələn yox, bütün qəlbimlə söylədiyim təşəkkürdür. Bütün həyatım boyu olduğu kimi çox səmimi duyğumdur. Təşəkkürümü nəsib olarsa şəxsinizə də bildirmək ən böyük arzularımdandır. İndi daha artıq inandım, “ədalət var və mütləqdir” deyib də seçdiyim həyat tərzi zor oğduğu qədər, doğru seçim imiş. Bu yolda mənə mənəvi dəstək olan dostlar nə yaxşı ki, qazancımsınız. İnsan ona dəyər verildiyini görəndə daha qüdrətli olur. Daha böyük işlər görməyi arzulayır, sınmır. Hər sınaqdan qalib çıxacağına əmin olur və çıxır da. Cənab prezident, bu mükafat mənə təkcə problem həlli deyil, həm də dövlətimə gərək olduğumun isbatıdır. Yazacağım yazılarda ədalətli, vicdanlı olmağa çağırışdır. Allah məni utandırmasın! Bir daha təşəkkürlər, Ali baş komandan, cənab İlham Əliyev. O cümlədən Prezident Adminstrasiyasına, AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsəvova və digər dəyərli insanlara minnətdaram!”.

Yazıçı Kənan Hacı: “Təşəkkürlər, cənab PREZİDENT!
Bu böyük diqqət və qayğı cənab Prezidentimizin bizə yüksək etimadının, diqqət və qayğısının parlaq nümunəsidir! Prezident Adminstrasiyasına, AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsəvova, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova sonsuz təşəkkürlərimi bildirirəm!”.

Jurnalist Günay Yelmarqızı: “Tam səmimi, pafosdan, hər hansı mübaliğədən kənar deyirəm – Bu gün həyatımın ən gözəl xəbərini aldım, ən böyük sürprizini yaşadım. Kiçik əməyimə verilən böyük dəyərə görə təşəkkürlər cənab PREZİDENT !!! #myprezident
Bu gün ev alan bütün həmkarlarımı təbrik edirəm!!!”.

4d672ba0968bd7392636dd003bbdf46b

9cce6e918c2523e9ff5d2f65d13cb037

d740b2aa54f3131713ea2429cd864137

56f4a40441f93b65b42f96d9558cf99d

Gununsesi.info