Ev sahibi Arda Turanı məhkəməyə verib

  • By Mina
  • 15 Aprel 2024 17:03

Bir müddət “Barselona”da çıxış edən və hazırda məşqçilik karyerasını “Eyüpspor”da davam etdirən Arda Turan qalmaqalla üzləşib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Barselonada kirayə qaldığı evə ziyan vurmaqda ittiham olunur.

Evin sahibi Arda Turanı məhkəməyə verib. Turan evə 230 min avro (təxminən 8 milyon TL) dəyərində ziyan vurmaqda ittiham olunur.

Mina

Gununsesi.info