Evdə ər-arvadın meyitləri tapıldı - LƏNKƏRANDA

  • By admin
  • 22 Noyabr 2016 13:38

meyid

Lənkəran şəhərində ahıl ər-arvadın evlərində meyiti aşkarlanıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin  Şəhidlər xiyabanı 10 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev  və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti bu gün saat 13.00 radələrində tapılıb.

Ölümün səbəbləri hələlik məlum deyil. Onların hər iksinin ağzından qan axdığı bildirir.

Meyitlər müayinə üçün morqa aparılacaq.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Gununsesi.info