Müğənni Təranə Qumral və Musa Musayev verilişə qızı Sevgimlə birlikdə qatılıb.
Axşam.az-ın məlumatına görə, aparıcı Çiçək Vakkas “O başdannan” verilişində Sevgimə valideynləri ilə bağlı suallar ünvanlayıb:
“Arada cuzi dalaşırlar. Bir çox şeyin üstündə dava edirlər. Atam anamın xoşladığı şokoladı yeyəndə, anam əsəbiləşir. Beş yaşında uşaq kimi qan salırlar. Atam gec gələndə anam əsəbiləşir. Atamın telefonunun enerjisi bitdiyi üçün, cavab verə bilmir. Atam əsəbiləşəndə, divara yumruq vurur. Atamın dostu yoxdur. Hərdən anamla dalaşanda atan eyvanda yatır”.
T.Qumral isə qızının sözlərini təsdiqləyib və qazandıqları pullardan danışıb:
“Evdə pul məndə olmalıdır. Kişi pulu dağıdar. Kişinin cibində az pul olsa bəsdir. Çox olanda dağıdır. Evdə dava bunun üstündə olur. 100-200 manat bəsdir ona”.
Gununsesi.info