
Abşeron rayonunda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Məzahir Alıyevin ətrafında Abşeron RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun mayın 7-də rayon ərazisindəki evlərdən birindən 3200 manat pul oğurlaması da müəyyən edilib.
Araşdırma aparılır.
Gununsesi.info