XƏBƏR LENTİ

19 Oktyabr 2017
18 Oktyabr 2017

23 Sentyabr 2017 - 17:00

Evdən 4 minlik qızıl oğurladılar

2017-05-30-14-44-301409985721_ogru

Abşeron rayon Mehdiabad qəsəbəsində Elnur Abdiyevə məxsus fərdi yaşayış evində oğurluq hadisəsi baş verib.

Gununsesi.info ARB TV-yə istinadən xəbər vcrir ki, naməlum şəxs və ya şəxslər evə daxil olaraq ordan 1100 manat pul, qızıl zinət və bir neçə ev əşyalarını oğurlayıblar.

Elnur Abdiyev – Zərərçəkən: “Yoldaşımı həkimə aparmışdım. Yoldaşımı atasıgildə düşürüb, evə qayıtdım. Qayıtdım ki, ev dağılıb tökülüb təmiz. Ətrafa göz gəzdirdim. Pulun, qızılın yerinə baxdım heç bir şey yox idi. Hələ tam dəqiq bilinmir. 4 minə yaxın ziyan dəyib”.

Elnur Abdiyev DİN-in 102 zəng mərkəzinə məlumat verib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları evə baxış keçiriblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info




loading...
Loading...