Evdən qaçan iki uşaq anasının həyat yoldaşı: “İyirmi kişiylə intim…” - ŞOK MÜSAHİBƏ

  • By admin
  • 20 İyun 2016 16:50

qadina Tecavuz

 

 

Məlum olduğu kimi, Samux rayonu Qarayeri qəsəbə sakini Rüstəmova Səmayə Əvəz qızı bir neçə gündür evdən qaçıb. Buna səbəb isə həyat yoldaşı Əhməd Ağayevin (ad şərtidir-red.) onun gizlin telefon işlətdiyini öyrənməsidir.

Gununsesi.info xəbər verir ki, Ölkə.Az S.Rüstəmovanın həyat yoldaşı Əhməd Ağayevi çətinliklə də olsa, tapa bilib.

– Həyat yoldaşınız evdən nə vaxt qaçıb, uşaqları da özüylə götürübmü, yoxsa tək gedib?

– İyunun 13-də uşaqları da götürüb gedib.

– Harada olduğundan xəbəriniz var?

– Atası anasından boşanıb, anası Bakıdadır. Anası deyir ki, Bakıdadır, amma harada olduğunu bilmirəm.

– Övladlarınızın neçə yaşı var?

– Birinin altı, digərinin üç yaşı var.

– Övladlarınıza görə harasa müraciət etmək fikriniz var?

– Samux polisinə müraciət etmişəm.

– Sizin neçə yaşınız var?

– 31.

– Bəs qadının?

– 24.

– Neçə ildir ailəlisiniz?

– Yeddi ildir.

– İlk dəfədir belə bir hadisə olur, yoxsa əvvəl də olub?

– İlk dəfədir, əvvəl narazılığımız olmayıb.

– Davanız olmuşdu?

– Səbəb odur ki, telefon tutdum, mesajları oxudum. Yazırdılar ki, yoldaşından boşan, səni saxlayacağam.

– İndi həmin telefon sizdədir?

– Xeyr, polisdədir.

– İntim xarakterli mesajlar idi?

– Bəli, var idi. Biri deyir gəl səni saxlayım… Ər arvadına yazmayacaq şeylər yazmışdılar.

– Fotolar da göndərmişdilər?

– Sadə telefondur, şəkil çəkmir. Mesajlar və zənglərdir.

– Sizcə mesajlaşdığı şəxslərlə başqa münasibəti də olub?

– Onu deyə bilmərəm.

– Siz özünüz nə işlə məşğulsunuz?

– Fəhləyəm.

– Bəs qadın?

– O işləmirdi, fəhləliklə ailəmi dolandırırdım.

– Əvvəldən qohum olmusunuz?

– Xeyr, qohumum deyildi, kəndçimiz idi.

– Sizə qarşı münasibətinin soyuq olduğunu hiss etmişdiniz?

– Axır vaxtlar deyirdi ki, gəl boşanaq, mən gedim. Bu sözü tez-tez deyirdi. Bakıya getmək istəyirdi.

– Telefonu tutandan sonra onu vurdunuz?

– Yox, istədi əlimdən alsın, götürdüm qaçdım, çata bilmədi. Amma vurmadım.

– Hadisədən sonra yaxınlarıyla danışmısınız?

– Atasına da dedik, anasına da zəng elədik. Nəsillərində hamı bilir ki, telefon tutulduğu üçün qaçıb. Atası dedi ki, buralarda onu tutsam, maşının dalına qoşub sürüyəcəyəm. Ona görə də qaçdı.

– Son zamanlar geyim-keçimində, davranışlarında dəyişiklik hiss edirdiniz?

– Əvvəl normal idi, sonradan nə deyirdimsə, etiraz edirdi. Deyirdim filan yerə getmə, deyirdi, gedəcəyəm, xoşun gəlmir, boşan.

– Övladlarınızı həyat yoldaşınızdan almaq fikriniz var?

– Əlbəttə, övladlarıma sahib çıxıram. Amma onunla barışmaq söhbəti ola bilməz. Mümkün deyil.

– Telefonda bir adamla yazışırmış?

– Polis də baxdı, dedi ki, bu, iyirmi nəfərlə yazışıb, mesajları var. Mesajlarda intim söhbətlər var idi.

– Son olaraq, uşaqlarınızın anasına nə sözünüz varsa, buyurun.

– Nə sözüm olacaq? Haram olsun ona.