Evdə doğuş edən qadın vəfat etdi

  • By Günel
  • 20 Mart 2025 21:42

Cəlilabad rayonunun Soyuqbulaq kəndində evdə doğuş edən qadın dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Nahidə Abasovanın doğuşdan sonra səhhətində problemlər yarandığı üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qadın bir həftə xəstəxananın reanimasiya şöbəsində müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, qadın bu gün xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info