
Gununsesi.info-nun 3 gün əvvəl Azərbaycan Dillər Universitetin rektor əvəzi Dünyamin Yunusovun mənzilin qarət olunması barədə xəbəri təsdiqini tapıb. Artıq cinayəti törədənlər müəyyən edilərək, həbs edilib. Onu da qeyd edək ki, rektorun evində külli miqdarda pul olması barədə xəbərlər sosial şəbəkələrdə onun tənqidinə səbəb olub. Facebook fəalları rektorun o pulları haradan qazanması barədə suallar ünvanlayıb.
Gununsesi.info-ya açıqlamasında rektor Dünyamın Yunusov baş verən olaydan danışıb: “Belə hadisə olub. Amma məbləğ şişirdilib. Bizim 7-8 minə yaxın pulumuzu aparıblar. Pullar təkcə bizim evdən yox, 3 evdən oğurlanıb. Bizim evdən əsasən qızıl- zinyət əşiyaları oğurlanıb. Hamısını da qaytardılar. Demək ki, halallıqla qazanılmışdı ki, özümüzə qayıtdı”.
D.Yunusovun sosial şəbəkələrdə yazılanlara cavab olaraq, onun evində olan kulli miqdarda pulun haradan olmasına isə münasibəti belə oldu: “Sosial şəbəkələrdə yazanlara bildirirəm ki, mənim evimdə heç o qədər pul olmayıb. Qızıl ziynət əşiyalarını isə yoldaşımın 40 ildə yığdığı pullarnan alınıb. Oğurlanan puldan təqribən 7-8 mini bizim olub. Mən və yoldaşım öz pensiyamızı yığırdıq ki, müəlliməni Türkiyəyə həkimə aparaq. O pullar oğurlanıb. Yoldaşım müəllimədir. Oğrular onu məktəbdən gələndə izləyirlərmiş. Oğruları istiqamətləndirənlər bildirblər ki, güya o müəllimə də dərsdən əlavə tələbə hazırlayır, onun pulu çox olacaq. Yoldaşım ali məktəbə tələbə hazırlamır. Onu da deyim ki, təmiz adam olmuşam ki, məni buraya təyin ediblər”.
Rektor bu olayın onu istəməyən adamlar tərəfindən təşkil olunması iddiasına da toxunub: “Mənim düşmənim yoxdur. Mən ömrüm boyu yaxşılıq eləməyə çalışmışam. Mən tələbəlikdən rektorluğa qədər ümumilikdə 48 ildir ki, Azərbaycan Dillər Universitetində (ADU) çalışıram. Hamıya yaxşlıq etməyi sevmişəm. Oğurluq edənlər ümumilikdə 4 nəfər olublar. Bunlar narkomandırlar, iynələrinin vaxtı çatıb pul lazım olub. İstintaq orqanları tərəfindən onları dünən gətirmişdilər evimizə baxdılar hardan və necə götürdüklərini göstərdilər. Bizim evdən də nə oğurlamışdılar hamısını qaytardılar”.
Mail Ağaxanov