Amerikalı pop ulduzu Teylor Svift fanatını həbs etdirib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə ötən ilin mart ayında evinə girməyə çalışan Məhəmməd Caffard barəsində hökm verib.
Hökmə əsasən, müğənninin pərəstişkarı 6 ay müddətində həbs olunub. İkinci dərəcəli oğurluqda ittiham olunan fanat üçün beş illik şərti olaraq təxliyyə qərarı verilib.
Qeyd edək ki, o, 28 yaşlı Teylorun evinə iki ayda 4 dəfə girməyə cəhd edib.