“Mənim üçün insanın daxilən azad olub olmamasını onun yaşadığı evdən də görmək olar. Evinin hasarı nə qədər hündürdürsə, həmin zavallının daxili azadlığı o qədər məhduddur”.
Gununsesi.info bildirir ki, bunu məşhur vəkil Aslan İsmayılov özünün sosial şəbəkə hesabında yazıb.
Vəkilin fikrincə, biz bəlkə yer kürəsində yeganə millətik ki, imkanımız artıqca daxili azadlığımız azalır, hasarın hündürlüyü artır:”Öz əlimizlə özümüzü həbsxanaya salırıq”.
Günay
Gununsesi.info