Evində şir saxlayan azərbaycanlı ailədən polisə şikayət

  • By admin
  • 08 Oktyabr 2016 20:28

nor-883

 

Rusiyanın Saratov vilayətinin Engels şəhərində evində şir balası saxlayan azərbaycanlı ailədən polisə şikayət olunub.Gununsesi.info Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin “Engelskoe” Bələdiyyələrarası İdarəsinin məlumatında bildirilir.

HTML tutorial

Qeyd olunur ki, oktyabrın 6-da Tin-Zinya rayonu ərazisində şir balası görən yerli sakinlər bu barədə polisə məlumat veriblər. Məlumat öz təsdiqini tapıb. Məlum olub ki, Azərbaycandan olan ailə yaxın vaxtlarda daha bir şir balası almaq niyyətindədir.

“Bizim evdə belə heyvanların saxlanmasını qadağan etmək hüququmuz yoxdur. Şir balası peyvənd olunub, onun bütün lazımi sənədləri var”, – deyə bildirilib.

 

Gununsesi.info