Evindən köçməkdən imtina etdi: - İndi isə çox peşmandır - FOTO

  • By Günel
  • 25 Yanvar 2025 10:55

Çinin Jinxi şəhərində bəzi evlər yol tikintisi ilə əlaqədar sökülməli olub. Ev sahiblərindən biri olan Huang Ping evinin sökülməsini qəbul etməyən yeganə şəxs olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, evini tərk etmək üçün hökumətin 180.000 funt-sterlinq (382 min Azn) dəyərində köçürmə paketindən imtina edən inadkar yaşlı kişi ətrafına avtomobil yolu salındıqdan sonra peşman olub.

Huang Ping-in iki mərtəbəli evinin damı hazırda tikilməkdə olan magistral yolu ilə demək olar ki, eyni səviyyədədir.

11 yaşlı nəvəsi ilə birlikdə yaşayan Huang indi tikinti ərazisindən qaçmaq üçün günlərini şəhərin mərkəzində keçirir, inşaatçılar işlərini bitirdikdən sonra evə qayıdır.

Magistral hələ də nəqliyyatın hərəkətinə açılmasa da, Huang yolun istifadəyə verilməsindən sonra olacaqlardan qorxur.

Huang, evinin tozla əhatə olunduğu və davam edən iş səbəbiylə zaman- zaman titrədiyi üçün qorxduğunu söyləyib: “Əgər vaxtı geri qaytara bilsəydim, onların təklif etdiyi söküntü şərtlərini qəbul edərdim. İndi böyük bir mərcdən uduzmuş kimi hiss edirəm özümü və buna görə peşmanam”, – deyib.

Qeyd edək ki, bu evlərə “dinqjius” və ya “dırnaq evləri” deyilir.

Bu binalar tez-tez fərdlər və hakimiyyətlər arasında mübarizənin təmsilçisi kimi görülür və həmçinin Çində ənənə və tərəqqi arasındakı ziddiyyəti əks etdirir.

Günel Həsənova

Gununsesi.info