Mərhum İlahiyyatçı alim Hacı Şahin Həsənlinin ailəsi ilə reportaj -Video

  • By ilhame
  • 01 Mart 2024 20:31

Sabah – martın 2-si ilahiyyatçı alim Hacı Şahin Həsənlinin vəfatının 1-ci ildönümüdür.

 

Gununsesi.info xəbər verir ki, Baku TV-nin “Arzunun vaxtı” verilişinin budəfəki buraxılışı mərhum din xadiminə həsr olunub.

 

Verilişdə Hacı Şahinin doğmaları onunla bağlı xatirələrini bölüşüblər.

 

İlahiyyatçının əkiz qardaşı Elçin Həsənov Hacı Şahinlə son dəfə vəfatından iki gün əvvəl görüşdüyünü deyib:

 

Ölümündən əvvəl status yazmışdı. İndiyə qədər özümü qınayıram ki, kaş durub onu görməyə gedəydim. Gecə mənə zəng edib, narahat olduğunu dedilər. Evlərinə gedəndə vəziyyəti başa düşə bilməmişdim. Gördüm ki, uzanıb. Dedim ki, xəstəxanaya aparaq. Mənə keçindiyini deyə bilmirdilər. Təcili yardımla xəstəxanaya gedəndə onunla danışırdım. Soruşurdum ki, nə olub sənə, haran ağrıyır?”.

 

Hacı Şahinin kirayədə qalmasından danışan E.Həsənov qardaşının öz xeyirxahlıqları barədə heç vaxt danışmadığını deyib:

 

Vəfat etdiyi günə kimi qaldığı ev kirayə olub. Eşitmişəm ki, evini satıb pulun bir qismini ehsan edib”.

 

Ətraflı süjetdə: