Bir neçə müddət əvvəl Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan Məfkurə Mustafayevanın başına gətirilən qanunsuzluqlar haqqında xəbər vermişdik.
Qeyd edək ki, yaşadığı evini uçurub, torpağını zəbt edən bir qrup dəstə Xəzər Rayon Məhkəməsində mülki çəkişmə getdiyi an həmin torpaq sahəsində tikinti aparıb.
Amma vətəndaş Məfkurə Mustafayevanın aidiyyatı üzrə tikintinin dayandırılması üçün şikayətinə baxan olmayıb.
Gununsesi.info-ya açıqlamasında Məfkurə Mustafayeva deyib ki, ona məxsus torpaq sahəsində gedən tikinti prosesini işə baxan hakim onların müraciətinə əsasən dayandırıb: “Aidiyyatı üzə qurumlara bu barədə bildiriş göndərildi və tikinti dayandırıldı. Ümid edirəm ki, sonda da ədalətli qərar olacaq. Təsəvvür edin ki, yerli polisin əliylə mülkiyyətimə qəsd edildi. İllərin zəhmətiylə tikdiyim evi uçurub-dağıtdılar. Bu işin arxasında dayanan məmur haqqında yaxınlarda Prezidentə, Baş Prokurora məlumat verəcəyəm”.
Afət
Gununsesi.info