
Türkiyənin Kayseri şəhərində Memar Sinanın evinin yerləşdiyi küçədə yaşayan 57 yaşlı Mustafa Halıcıoğlu evinin altında 2000 illik bir yeraltı şəhər tapıb.
Gununsesi.info xəbər verir ki, 5 il əvvəl Mustafa Halıcıoğlu evinin təmirinə başlayanda həmin küçədən 4 ev alaraq işini genişləndirib.
Yeraltı şəhər Ekoloji və Mədəni Dəyərlərin Qorunması və Təşviqi Fondu (ÇEKÜL) ilə əməkdaşlıq çərçivəsində üzə çıxarılıb və “Halıcıoğlu Yeraltı Şəhəri” adlandırılıb.
Mustafa Halıcıoğlu deyib ki, yeraltı şəhər bu ərazidə uzun təmizlik və bərpa prosesindən sonra ortaya çıxıb. Halıcıoğlu bu işləri gələcək nəsillərə miras qoymaq üçün başladığını və prosesin onları həm maddi, həm də mənəvi cəhətdən yorduğunu bildirib.
Gununsesi.info