Evlənmək istəyən 5000 nəfərdə xəstəlik aşkarlandı

  • By admin
  • 16 Fevral 2017 13:41

tala

Respublika Talassemiya Mərkəzində 2014-cü ildən talassemiya xəstəliyinin radikal müalicəsinə-sümük iliyi transplantasiyasına başlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, artıq 42 xəstəyə sümük iliyi transplantasiya əməliyyatı icra olunub. Nikaha daxil olmaq istəyən şəxslər arasında talassemiya daşıyıcılarının aşkar edilməsi və onlara həkim məsləhətinin verilməsi də atılan ən düzgün addımlardan biridir. Ötən il ərzində 143694 nikaha daxil olmaq istəyən şəxs müayinədən keçib, onların 4649-da talassemiya daşıyıcılığı aşkar edilib. 2016-cı ildə nikaha daxil olmaq istəyən 42 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyənləşib.

Ölkədə prenatal diaqnostika da tətbiq edilib. Döl materialı Respublika Perinatal Mərkəzində hamilə qadınlardan götürülür, döl materialının molekulyar-genetik müayinəsi ET Hematologiya və Transfuziologiya İnstitutunda icra edilir. Nikahdan öncə müayinələrin tətbiqi nəticəsində hər iki valideyndən talassemiya genini irsən alan xəstələrin sayı xeyli azalıb. Əgər 2014-cü ildə Talassemiya Mərkəzində 317 homoziqot xəstə qeydiyyata götürülüb, 2016-cı ildə belə xəstələrin sayı 100 olub.

Gununsesi.info