Son günlərdə ABŞ-dakı havayolu şirkətində yaşanan qalmaqallara biri də əlavə olunub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın ən böyük havayolu şirkəti olan “United” evlənmək üçün Kosta Rikaya gedən cütlüyü öz oturacaqlarına oturmadıqları üçün təyyarədən uzaqlaşdırıb.
Belə ki, cütlük biletlərində qeyd olunan yerdə bir sərnişinin uzandığını gördükləri zaman başqa oturacaqda oturub. Şirkətin işçiləri onlara öz oturacaqlarına keçmələri üçün xəbərdarlıq edib. Yaranan mübahisə evlənmək üçün Kosta Rikaya gedən cütlüyün təyyarədən uzaqlaşdırılması ilə nəticələnib.
Onlar bir daha “United” hava yolları şirkətindən istifadə etməyəcəklərini bildiriblər.
Nigar
Gununsesi.info