“Evlər birinci növbədə elmlər doktorlarına, sonra isə fəlsəfə doktorlarına veriləcək” - AKİF ƏLİZADƏ

  • By admin
  • 07 İyul 2017 13:12

axar.az1397047273akif-elizade

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiya əməkdaşlarının mənzil bölgüsü ilə bağlı məsələyə münasibət bildirib. 

Gununsesi.info-nun məlumatına görə, AMEA prezidenti deyib ki, birinci növbədə evlər elmlər doktorlarına, ikinci növbədə isə fəlsəfə doktorlarına veriləcək, ev bölgüsü qaydalar əsasında aparılacaq: “Heç bir qayda pozuntusuna yol verilməyəcək”.

A. Əlizadə qeyd edib ki, Akademiyaya aidiyyəti olmayan şəxslərə ev verilməyəcək: “Akademiyada işləməyənlərə heç bir yardım göstərilə bilməz”.

Qeyd edək ki, AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işinə başlanılıb.

Gununsesi.info