Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyat zamanı üzərində narkotik vasitə heroin daşıyan rayonun Qıraqlı kənd sakini Əfqan Quliyev saxlanılıb.
Gununsesi.info xəbər verir ki, əvvələr dəfələrlə məhkumluq həyatı yaşayan Əfqan Quliyevin yaşadığı baxış keçirilən zaman oradan 406 qram çəkidə narkotik tərkibli çətənə kolu olan marixuana aşkar edilib. Həmçinin istintaqın gedişi zamanı saxlanılan şəxsin narkotik vasitələrin qanunsuz istifadəsindən kənar digər əməlləri də ortaya çıxıb. Onun Saatlı rayon şəhərində və kəndlərində evlərdən xeyli sayda müxtəlif adda məişət əşyaları oğurladığı məlum olub.Belə ki Əfqan Saatlı şəhərində Nuriyeva Şirinxanım Məhərrəmqızının evindən 9000 manat dəyərində və Əhmədova Hicran Süleyman qızının evindən 9000 manat, dəyərində müxətlif ev əşyaları oğurlayıb.Bundan başqa Əfqan həmkəndlisi Kazımova Gülbətin Fəxrəddin qızının evindən 1640 manat dəyərində, hətta öz doğma qardaşları olan Quliyev Tural və Quliyev Emilə məxsus evlərdən də müxtəlif adda və müxtəlif sayda məişət əşyaları oğurlayıb.Əfqan ələ keçirdiyi qənimətləri Sabirabadda xırda ticarətlə məşğul olan şəxslər vasitəsi ilə satmağa üstünlük verib.İlk olaraq şübhəli şəxs qismində saxlanılan Əfqan barəsində rayon məhkəməsi tərəfindən həbs qəti imkan tədbiri seçilib.
Hazırda iş ətrafında araşdrıma davam etdirilib.
Əfqanın digər cinayət əməllərində iştirakın olub olmaması istiqamətində əməliyat tədbirləri aparılır.
Gununsesi.info