Evlənənlər çoxalıb, boşananlar azalıb

  • By admin
  • 18 İyul 2022 14:09

Azərbaycanda boşanmaların sayı azalıb, nikahlar isə artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Bildirilir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk beş ayında 23387 nikah və 6323 boşanma halları qeydə alınıb.

Məlumatda qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 5,6-ya qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.

Gununsesi.info