Evlənmələrinə icazə verilməyən gənc cütlük intihar etdi - FOTOLAR

  • By admin
  • 25 İyun 2020 19:47
İranın Huzistan əyalətində ailə qurmalarına icazə verilməyən gənc cütlük özlərini birlikdə çaya ataraq intihar edib. 
Gununsesi.org xəbər verir ki, bir-birilərini sevən Behzat (22) və Zeynəb (18) ailələrinə evlənmək istədiklərini açıqladıqları zaman ailələri razılıq verməyib. Bundan sonra gənclər Məscid-i Süleyman şəhərində olan bir çayda intihar etməyə qərar verib.
Baş verən intihar hadisəsindən sonra bölgə sakinləri gəncləri xilas etməyə çalışsalar da bu baş tutmayıb. Hadisə yerinə gələn xilasetmə əməkdaşları sudan gənc cütlüyün cansız bədənini çıxarıb.
Gənclərin cansız bədəni sudan çıxarılarkən əllərinin bir-birinə bağlı olması diqqətlərdən qaçmayıb.
Gununsesi.org