Evlərdən oğurluq  edən narkotik alüdəçisi  saxlanılıb

  • By admin
  • 10 Sentyabr 2016 13:28

narkotik

Saatlı rayon polis şöbəsinin əməkdaşları  tərəfindən keçirilən əməliyat  zamanı  üzərində  narkotik vasitə  heroin daşıyan  rayonun Qıraqlı kənd sakini Əfqan Quliyev saxlanılıb.

Gununsesi.info xəbər verir ki, əvvələr dəfələrlə məhkumluq  həyatı yaşayan Əfqan Quliyevin yaşadığı baxış keçirilən  zaman oradan 406  qram çəkidə  narkotik tərkibli  çətənə kolu olan marixuana  aşkar edilib. Həmçinin istintaqın gedişi zamanı  saxlanılan şəxsin narkotik vasitələrin  qanunsuz  istifadəsindən kənar  digər  əməlləri də  ortaya çıxıb. Onun  Saatlı rayon şəhərində  və  kəndlərində  evlərdən xeyli sayda  müxtəlif adda  məişət əşyaları oğurladığı  məlum olub.Belə ki  Əfqan  Saatlı şəhərində Nuriyeva  Şirinxanım  Məhərrəmqızının evindən  9000 manat dəyərində və Əhmədova Hicran Süleyman qızının evindən 9000 manat, dəyərində  müxətlif  ev əşyaları oğurlayıb.Bundan başqa  Əfqan  həmkəndlisi  Kazımova Gülbətin Fəxrəddin qızının  evindən 1640 manat dəyərində,  hətta  öz doğma qardaşları  olan Quliyev Tural və Quliyev Emilə məxsus evlərdən  də  müxtəlif  adda  və müxtəlif sayda  məişət əşyaları  oğurlayıb.Əfqan ələ keçirdiyi qənimətləri  Sabirabadda  xırda ticarətlə məşğul olan şəxslər vasitəsi ilə satmağa  üstünlük  verib.İlk olaraq şübhəli şəxs qismində  saxlanılan  Əfqan barəsində  rayon məhkəməsi tərəfindən həbs qəti imkan tədbiri seçilib.

Hazırda  iş ətrafında araşdrıma davam etdirilib.

Əfqanın digər  cinayət əməllərində iştirakın olub olmaması istiqamətində  əməliyat  tədbirləri  aparılır.

Gununsesi.info